EN

Rauf Hüseynli “Kəpəz”dən ayrıldı

Azərbaycan Premyer Liqasında yeni mövsümə hazırlaşan “Kəpəz” sağ cinah müdafiəçisi Rauf Hüseynli ilə yollarını ayırıb.

Arena.az xəbər verir ki, bu barədə Gəncə təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

Xəbərdə bildirilir ki, futbolçunun müddəti başa çatmış müqaviləsi yenilənməyib. Klub Raufa xidmətləri üçün təşəkkür edib, gələcək karyerasında uğurları arzulayıb.

Rauf Hüseynli “Kəpəz”ə ötən ilin yayında “Qəbələ”dən keçmiş və 1+1 illik müqaviləyə imza atmışdı. O, Gəncə təmsilçisinin heyətində bütövlükdə 30 oyuna çıxıb, 2 qol vurub, 3 məhsuldar ötürmə verib.

“Kəpəz” daha öncə Trent Buhaqyar, Yeqor Xvalko, Rati Ardazişvili, Kərim Lkuça, Dioqo Verdaska, Rojerio Santos, Valdemar Almeyda, Tural Rzayev, Turan Manafov, Nicat Süleymanov və Camal Cəfərovla da yollarını ayırmışdı. Gəncə klubu gedənlərin əvəzində Şakir Seyidov və Pedro Qomesi heyətinə qatıb. Mahamadu Ba və Paçu Lira isə klubla yeni müqaviləyə imza atıb.

Chosen
18
arena.az

1Sources