EN

Gəncə Regional İcma Mərkəzinin rəhbərinin həbs müddəti uzadılıb

Məhkəmə Gəncə Regional İcma Mərkəzinin rəhbəri Asəf Əhmədovla bağlı qərar verib.

“Report”un məlumatına görə, Binəqədi Rayon Məhkəməsində keçirilən prosesdə onun barəsində olan həbs qətimkan tədbiri 3 ay müddətinə uzadılıb.

Qeyd edək ki, Azərbaycanda fəaliyyət göstərən bir sıra qeyri - hökumət təşkilatları ilə bağlı Baş Prokurorluğun İstintaq İdarəsində araşdırma aparılıb.

Sözügedən məsələ ilə bağlı saxlanılan şəxslər Cinayət Məcəlləsinin 192.2.2-ci (küllü miqdarda gəlir əldə etməklə qanunsuz sahibkarlıq), 213.1-ci (Vergidən yayınma), 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) və digər maddələri ilə ittiham olunurlar.

Chosen
139
report.az

1Sources