EN

“Zirə” bu gün Türkiyədə ilk sınaq oyununa çıxacaq

ain.az xəbər verir, Azertag saytına əsaslanaraq.

Bakı, 9 iyul, AZƏRTAC

Türkiyənin Bolu şəhərində yeni mövsümə hazırlıqlarını davam etdirən “Zirə” bu gün yoxlama oyunu keçirəcək.

AZƏRTAC xəbər verir ki, ötən mövsümün gümüş mükafatçısı ilk sınağında yerli “Ankara Keçiörengücü” klubu ilə qarşılaşacaq. Görüş Bakı vaxtı ilə saat 18:45-də başlayacaq.

Qeyd edək ki, "Zirə" UEFA Konfrans Liqasının II təsnifat mərhələsində Xorvatiyanın "Hayduk" komandası ilə ilk oyununu iyulun 23-də evdə, cavab matçını isə iyulun 31-də səfərdə keçirəcək.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
18
2
azertag.az

7Sources