Türkiyənin Bolu şəhərində yeni mövsümə hazırlıqlarını davam etdirən “Zirə” yoxlama oyunu keçirib.
90deqiqe.Az-ın məlumatına görə, ötən mövsümün gümüş mükafatçısı ilk sınağında yerli “Ankara Keçiörengücü” klubu ilə qarşılaşıb. Görüş Bakı təmsilçisinin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.
Qeyd edək ki, "Zirə" UEFA Konfrans Liqasının II təsnifat mərhələsində Xorvatiyanın "Hayduk" komandası ilə ilk oyununu iyulun 23-də evdə, cavab matçını isə iyulun 31-də səfərdə keçirəcək.