Bu ilin ilk yarısında ipoteka xətti ilə sığortalanan əmlakların sayı 8609-a çatıb.
Valyuta.az xəbər verir ki, bunu İpoteka və Kredit Zəmanət Fondunun baş meneceri Rasim Abdullayev deyib.
O bildirib ki, ümumilikdə 2022-ci ildən bugünədək (ilin ilk yarısına kimi) ipoteka xətti ilə əmlak sığortalarının sayı 49270-ə çatıb.
Bu dövrdə ipoteka üzrə həyat sığortalarının sayı isə 20436 müqavilə təşkil edib.
Bu ilin altı ayında isə bu rəqəm 2686 olub.
Həmçinin əlavə edilib ki, son 4 ildə 18,6 min əmlak qiymətləndirilib.
Nara