EN

İpoteka və Kredit Zəmanət Fondu 19 ildə 172 milyon manat mənfəət əldə edib

İpoteka və Kredit Zəmanət Fondu (İKZF) fəaliyyətdə olduğu 2005-2024-cü illərin hamısını mənfəətlə başa vurub, 19 ildə ümumilikdə 172,1 milyon manat mənfəət əldə edib.

Bunu Fondun baş meneceri Rasim Abdullayev bildirib.

Bundan başqa, onun sözlərinə görə, bu il iyulun 1-nə qurumun aktivləri 4,2 milyard manat, o cümlədən məcmu kapitalı 1,28 milyard manat təşkil edib.

"Beləliklə, İKZF-nin kapitalının aktivlərinə nisbəti 30,5 % təşkil edir ki, bu da onun yüksək kapitallaşma səviyyəsinə malik olmasından xəbər verir. Fond ölkənin ən sağlam və yüksək dayanıqlığı olan maliyyə təsisatlarından biridir, mütərəqqi risk menecmenti sisteminə malikdir. Yerli maliyyə institutlarından yalnız İKZF ölkənin suveren reytinqinə bərabər beynəlxalq reytinqə malikdir. Onun istiqamətləri üzrə beynəlxalq təcrübə əsasında qəbul edilmiş vahid və təkmil standartlar tətbiq edilir", - deyə R.Abdullayev qeyd edib.

Chosen
26
5
aznews.az

6Sources