EN

Rublun taleyi ilə bağlı PROQNOZ: Dollar qarşısında...

VEB.RF-nin baş iqtisadçısı Andrey Klepaç dolların 100 rubla qədər bahalaşa biləcəyi ehtimalını təxmin edib.

News24.az Publika.az-a istinadən xəbər verir ki, bu barədə TASS ekspertə istinadən məlumat yayıb.

Klepaçın fikrincə, Amerika valyutasının məzənnəsinin bu qədər arta biləcəyi şübhəlidir, baxmayaraq ki, bu, ixracatçılar üçün yaxşı olardı. O hesab edir ki, ilin sonuna kimi dollar, böyük ehtimalla 85-86 rubla başa gələcək.

Daha əvvəl iqtisadçı Yevgeni Sivkov bəyan etmişdi ki, Rusiya valyutasının məzənnəsinə pul kütləsi təsir edir və bu, müəyyən şərtlər daxilində onu çökdürə bilər. Bundan əlavə, o qeyd edib ki, rublun dəyəri valyutanı özləri ilə aparan İT mütəxəssislərinin ölkədən çıxışından asılıdır.


Chosen
42
3
news24.az

4Sources