EN

Osimhen "Qalatasaray"ın bir addımlığında - 75 milyon avroluq təklif

"Qalatasaray" ötən mövsüm icarə əsasında heyətində çıxış edən Viktor Osimheni transfer etməyə çox yaxındır.

Apasport.az xəbər verir ki, 26 yaşlı hücumçu ilə bütün məsələlərdə razılığa gələn "sarı-qırmızılılar", "Napoli"yə 75 milyon avro məbləğində təklif göndərib.

Bu barədə insayder Yağız Sabuncuoğlu məlumat yayıb.

Onun sözlərinə görə, İstanbul təmsilçisi bu məbləği 5 il ərzində hissə-hissə ödəməyə hazırdır. Son qərarın isə A Seriyası klubuna məxsus olduğu bildirilib.

Qeyd edək ki, Nigeriya millisinin üzvü olan Osimhen "Qalatasaray"ın heyətində keçirdiyi 41 rəsmi oyunda 37 qol və 8 assistlə yadda qalıb.

Qarsiyanın "Real"dakı gələcəyi müəyyənləşib

Məhşur qapıçının oğlu "Fulhem"də - Rəsmi

“Fənərbaxça”dan Trossard bombası

Orkun Kökçü vətəninə gəlir: "Sadəcə "Beşiktaş”

Ronaldonun muzeyi açılıb

Chosen
43
1
apasport.az

2Sources