EN

Taliban liderlərinə həbs orderi

Ajans.az dw com-a istinadən xəbər verir ki, BMT məhkəməsi bildirib ki, Taliban qızları və qadınları təhsil, şəxsi həyat və ailə həyatı hüquqlarından, həmçinin hərəkət, ifadə, düşüncə, vicdan və din azadlıqlarından ciddi şəkildə məhrum edib.

Beynəlxalq Cinayət Məhkəməsi (BMT-nin məhkəməsi) çərşənbə axşamı günü Talibanın ali lideri və baş hakimi barəsində həbs orderləri çıxarıb. Onlar Əfqanıstanda qızlara və qadınlara qarşı təqiblərdə ittiham olunurlar. BMT məhkəməsinin açıqlamasında bildirilir ki, Talibanın ali dini lideri Həibatullah Axundzadə və baş hakimi Əbdülhəkim Həqqaniyə qarşı, qızlara, qadınlara və Talibanın gender, gender identikliyi və ya ifadəsi siyasətinə uyğun gəlməyən digər şəxslərə qarşı cinsiyyət əsasında təqib cinayəti törətdiklərinə dair əsaslı şübhələr var. Açıqlamada deyilir:
“Taliban ümumilikdə əhali üzərində müəyyən qaydalar və qadağalar tətbiq etsə də, onlar xüsusilə qız və qadınları cinsiyyətlərinə görə hədəfə alıb, onların əsas hüquq və azadlıqlarını əlindən alıblar.” ICC hakimləri əlavə ediblər ki, Taliban qız və qadınları təhsil, şəxsi həyat, ailə həyatı hüquqları və hərəkət, ifadə, düşüncə, vicdan və din azadlıqlarından ciddi şəkildə məhrum edib.

“Bundan əlavə, bəzi şəxslər də hədəfə alınıb, çünki onların seksual və ya gender identikliyi ilə bağlı ifadələri Talibanın gender siyasəti ilə ziddiyyət təşkil edib.”

Chosen
73
Ajans.az

1Sources