"Araz-Naxçıvan" bu gün Türkiyənin Ərzurum şəhərindəki təlim-məşq toplanışı çərçivəsində ilk yoxlama oyununa çıxacaq.
QOL.az xəbər verir ki, komanda Türkiyə 3-cü liqası təmsilçisi "Bayburtspor"la qarşılaşacaq. Görüş Bakı vaxtı ilə saat 15:00-da başlayacaq.
Naxçıvan təmsilçisi Ərzurumda daha 2 yoxlama oyunu keçirəcək. Premyer Liqa klubu "Alanyaspor" (11 iyul) və "Trabzonspor"la(17 iyul) üz-üzə gələcək.
Qeyd edək ki, "Alanyaspor" və "Trabzonspor" Türkiyə Superliqasının təmsilçiləridirlər.