EN

Lutsk və Kiyev bölgəsi böyük PUA hücumuna məruz qalıb

İyulun 9-na keçən gecə Ukraynanın Lutsk şəhəri "düşmənin PUA və raketlərdən istifadə etməklə ən kütləvi hücumuna məruz qalıb

Herbiand.az xəbər verir ki, bu barədə səhər saatlarında şəhərin meri İqor Polisçuk məlumat paylaşıb.

Onun sözlərinə görə, hücum “qaraj kooperativlərindən birinin ərazisində yanğın və qarajların zədələnməsi, müəssisələrdən birinin ərazisində isə yanğın” ilə nəticələnib. Qurbanlar barədə\ hələlik məlumat yoxdur.

Gecə saatlarında Ukrayna Hərbi Hava Qüvvələri “Telegram” kanalında dəfələrlə PUA və raketlərdən istifadə etməklə Lutska hücum təhlükəsi barədə xəbərdarlıqlar dərc edib və şəhər sakinlərini sığınmağa çağırıb.

Lutsk Ukraynanın şimal-qərbində yerləşir, Volın vilayətinin inzibati mərkəzidir.

Herbiand.az xəbər verir ki, Kiyev Regional Hərbi İdarəsi iyulun 9-na keçən gecə Rusiya PUA-larının kütləvi hücumu barədə də məlumat verib.

Chosen
46
herbiand.az

1Sources