ABÅž-nin Nyu-Meksiko ÅŸtatında güclü daÅŸqın yaÅŸayış mssivlÉ™rinÉ™ ciddi zÉ™rÉ™r vurub. Â
Missiya.Az xarici mediaya istinadən xəbər verir ki, yaşayış  binaları güclü təzyiqə tab gətirə bilmirlər.
Ötən gün daşqın nəticəsində bir kişi və iki uşaq ölüb, çox sayda insan yaralanıb. Xilasedicilər suyun səviyyəsinin sürətlə qalxması ilə bağlı yerli sakinlərə xəbərdarlıq ediblər.
Bundan əvvəl ABŞ-nin Texas ştatında daşqın qurbanlarının sayının 100 nəfəri ötdüyü bildirilirdi. Altı əyalətdə ən azı 104 nəfər ölüb.
ABŞ Prezidenti Donald Tramp Kerr qraflığında daşqın səbəbindən fəlakət vəziyyəti elan edib. Amerika lideri bildirib ki, o, xilasedicilərin bütün lazımi resursları dərhal almasını təmin etmək üçün böyük təbii fəlakət haqqında bəyannamə imzalayıb.
Elcan
Missiya.Az