EN

UEFA Avropa Liqası: I təsnifat mərhələsinə dörd görüşlə start veriləcək

Bu gün UEFA Avropa Liqasında I təsnifat mərhələsinin oyunlarına start veriləcək.
 
Moderator.az xəbər verir ki, ilk oyun günündə dörd komanda üz-üzə gələcək.
 
"Jalgiris" klubu "Hamrun"la, FKSB "İnter Eskaldes"lə, "Ludoqorets" klubu Dinamo Minsk"lə, "Şelburn" "Linfild"lə qarşılaşacaq.
 
Qeyd edək ki, Azərbaycan təmsilçisi "Sabah" isə bu mərhələdə ilk matçını iyulun 10-da doğma meydanda Sloveniyanın "Selye" klubuna qarşı keçirəcək.
 
9 iyul
 
UEFA Avropa Liqası
 
I təsnifat mərhələsi
 
Saat 20:00, "Jalgiris" (Litva) - "Hamrun" (Malta);
 
Saat 21:30, FKSB (Rumıniya) - "İnter Eskaldes" (Andorra);
 
Saat 21:30, "Ludoqorets" (Bolqarıstan) - "Dinamo Minsk" (Belarus);
 
Saat 22:45, "Şelburn" (İrlandiya) - "Linfild" (Şimali İrlandiya).
Chosen
53
5
moderator.az

6Sources