Ukrayna Silahlı Qüvvələrinin (USQ) polkovnik-leytenantı, hərbi çağırış mərkəzinin rəis müavini Kiyevdə güllələnib.
Teleqraf xəbər verir ki, bunu Ali Radanın deputatı Artyom Dmitruk bildirib.
O, sosial şəbəkə hesabında yazıb: “Kiyevdə USQ polkovnik-leytenantı, şəhər hərbi çağırış mərkəzinin rəis müavini güllələnib".
Hadisənin təfərrüatları barədə məlumat verilmir.