EN

Tramp tariflərlə bağlı yeni açıqlama yayımlayıb

ain.az, Banco.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Müəllif: Tamara Mustafayeva, Banco.az

Tramp “Truth Social” hesabından tariflərlə bağlı paylaşım edib.

Banco.az xəbər verir ki, paylaşımında tarif məktublarına toxunan Tramp bildirib:“Dünən müxtəlif ölkələrə göndərilən məktublarla yanaşı, bu gün, sabah və növbəti bir neçə gün ərzində göndəriləcək məktublara əsasən, gömrük rüsumlarının ödənilməsinə 1 avqust 2025 tarixindən etibarən başlanacaq. Bu tarixdə heç bir dəyişiklik olmayıb və olmayacaq.”

Tramp başqa sözlə, “1 avqust tarixindən etibarən vəsaitin yığılmağa başlanacağını” vurğulayıb və heç bir möhlətin verilməyəcəyini bildirib.

ABŞ Prezidenti Tramp dünən sosial media hesabında Tunis, Cənubi Koreya, Malayziya, Qazaxıstan, Yaponiya, Cənubi Afrika, Bosniya və Herseqovina, İndoneziya, Serbiya, Banqladeş, Tailand, Kamboca, Myanma və Laos olmaqla ümumilikdə 14 ölkəyə tətbiq ediləcək gömrük rüsumu dərəcələrini əhatə edən tarif məktublarını paylaşmışdı.

Bizi sosial şəbəkələrdən izləyin!!

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
35
1
banco.az

2Sources