EN

Qarpızlar sahələrdə qaldı – Yerində 5- 10 qəpiyə təklif olunurVİDEO

Qarpız mövsümü başlasa da, havaların sərin keçməsi bu bostan bitkisinin bazarını öldürüb. Qarpız sahələrdə qalıb. Görüntülər Salyandadır.

Xezerxeber.az-ın xəbərinə görə, təsərrüfat sahibləri bildirirlər ki, yayın qeyri -normal keçməsi qarpıza olan təlabatı  azaldıb. Demək olar ki, qarpız alan yoxdur. Alıcılar da bostanlara çox həvəssiz gəlir, yetişmiş məhsul sahələrdə qalıb.

Fermerlər deyirlər ki, mövsümün əvvəlində bostanlarda su olmadığı n məhsulun çoxu xırda qalıb. Çətinliklə suvarıb becərməni başa vursalar da, indi də hazır məhsulu sata bilmirlər.

Təsərrüfat sahiblərinin sözlərinə görə, qarpız tağlarının əksəriyyəti solduğundan yetişmiş məhsul toplanlmalıdır. Əks halda, bir- neçə gün də belə davam etsə, yetişmiş məhsullar zay olacaq.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir. 

Chosen
37
1
xezerxeber.az

2Sources