Qarpız mövsümü başlasa da, havaların sərin keçməsi bu bostan bitkisinin bazarını öldürüb. Qarpız sahələrdə qalıb. Görüntülər Salyandadır.
Day.Az xəbər verir ki, təsərrüfat sahibləri bildirirlər ki, yayın qeyri -normal keçməsi qarpıza olan təlabatı azaldıb. Demək olar ki, qarpız alan yoxdur. Alıcılar da bostanlara çox həvəssiz gəlir, yetişmiş məhsul sahələrdə qalıb.
Fermerlər deyirlər ki, mövsümün əvvəlində bostanlarda su olmadığı n məhsulun çoxu xırda qalıb. Çətinliklə suvarıb becərməni başa vursalar da, indi də hazır məhsulu sata bilmirlər.
Təsərrüfat sahiblərinin sözlərinə görə, qarpız tağlarının əksəriyyəti solduğundan yetişmiş məhsul toplanlmalıdır. Əks halda, bir- neçə gün də belə davam etsə, yetişmiş məhsullar zay olacaq.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.