EN

Qonşusunun yeni aldığı 151 minlik “Zeekr 001”ni yandırdı Qadın xəstəxanaya yerləşdirildi VİDEO

Avtosfer portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Avtomobilini  özü təmir etmək istəyən qonşu 8 nəqliyyat vasitəsinin yanmasına səbəb olub. Avtosfer.az xəbər verir ki, Rusiyanın paytaxtı Moskvada baş verən hadisənin görüntüləri həvəskar kamera tərəfindən qeydə alınıb.

Belə ki, qonşulardan birinin köhnə “Ford” markalı avtomobilində nasazlıq yaranıb. O, avtomobili servisə götürmək əvəzinə özü təmir etmək qərarına gəlib. Lakin bir müddət sonra naməlum səbəblərdən maşında yanğın başlayıb. Yanğın genişlənərək ətrafda park edilmiş digər 7 avtomobilə də keçib və bir neçə dəfə partlayış səsləri də eşidilib.

Bundan sonra yenicə 7 milyon rubla (151.172 manat) “Zeekr 001” markalı avtomobillinin yandığını görən qadının halı pisləşib.

Ətrafdakı insanların xəbər verməsindən sonra hadisə yerinə təcili tibbi yardım və yanğından mühafizə xidmətinin əməkdaşları gəlib. Halı pisləşən avtomobil sahibi xəstəxanaya aparılıb. Yanan səkkiz nəqliyyat vasitəsi isə söndürülsə də demək olar ki hamısı yarasız vəziyyətə düşüb.

Sözügedən hadisənin videosunu təqdim edirik:

Namiq Musayev

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
9
avtosfer.az

1Sources