EN

Konqresdə Rusiyaya qarşı növbəti sanksiya addımı

ABŞ Konqresində Rusiyaya qarşı sanksiyaların sərtləşdirilməsini nəzərdə tutan qanun layihəsi sabah müzakirəyə çıxarılacaq.

NOCOMMENT.az xəbər verir ki, bu barədə Konqresin sabiq Nümayəndələr Palatası sədri Nyut Qinqriç sosial şəbəkə X (keçmiş Twitter) hesabında məlumat verib.

“Senator Lindsi Qrehemin Rusiyaya qarşı sanksiyaların gücləndirilməsi ilə bağlı mühüm qanun layihəsi çərşənbə günü təqdim ediləcək”, – deyə Qinqriç yazıb.

Onun sözlərinə görə, Qrehemin təşəbbüsü Rusiya prezidenti Vladimir Putinə Ukraynada atəşkəsə razılaşması üçün göstərilən təzyiqlərin “məntiqli növbəti addımıdır”.

Qeyd edək ki, Lindsi Qrehem Rusiya tərəfindən terrorçular və ekstremistlər siyahısına daxil edilib.

Chosen
139
2
nocomment.az

3Sources