AZ

ABŞ Konqresində Rusiyaya qarşı yeni sanksiyalarla bağlı qanun layihəsi təqdim olunacaq

ABŞ Konqresində 2025-ci il iyulun 9-da senator Lindsi Qrehem tərəfindən Rusiyaya qarşı yeni sanksiyaların tətbiqini nəzərdə tutan qanun layihəsi təqdim olunacaq.

Bu barədə ABŞ Nümayəndələr Palatasının sabiq spikeri Nyuqt Qinqriç sosial şəbəkə “X”də məlumat verib. Onun sözlərinə görə, sənəd Rusiya prezidenti Vladimir Putinə güclü siqnal göndərmək məqsədi daşıyır.

“Senator Lindsi Qrehemin Rusiyaya qarşı sanksiyaların gücləndirilməsi ilə bağlı vacib qanun layihəsi çərşənbə günü Konqresə təqdim olunacaq. Bu, Putinə açıq mesajdır: danışıb öldürmək strategiyası nəticə verməyəcək. Amerika xalqı diktatorun yalanlarına uzun müddət dözməyəcək. Qanun layihəsi Ukraynada atəşkəsə nail olmaq üçün Putinə təzyiqin növbəti məntiqi addımıdır”, – deyə Qinqriç bildirib.

//Samir Qurbanov, Editor.az

Seçilən
106
2
editor.az

3Mənbələr