EN

Məşhur aktrisaya qarşı təqib: Məhkəmədən 2 aylıq uzaqlaşdırma qərarı

Türkiyəli məşhur aktrisa Melisa Berberoğlu, keçmiş sevgilisi aktyor Celil Nalçakanın onu davamlı narahat etməsi səbəbilə məhkəməyə müraciət edib.

News24.az  istinadən xəbər verir ki, Berberoğlu, İstanbul Ailə Məhkəməsinə təqdim etdiyi ərizədə Nalçakanın ayrılıqdan sonra onu sosial şəbəkələr və digər ünsiyyət vasitələri ilə təqib etdiyini bildirib. O, həmçinin Nalçakanın yeni münasibətinə də müdaxilə etdiyini və bu səbəbdən narahatlıq keçirdiyini qeyd edib.

Məhkəmə təqdim edilən sübut və ərizəni nəzərə alaraq, Celil Nalçakana qarşı 2 ay müddətinə uzaqlaşdırma qərarı verib. Qərara əsasən Nalçakan, Berberoğluna yaxınlaşa və heç bir vasitə ilə onunla əlaqə qura bilməz. Həmçinin, təhqir və təhdid xarakterli davranışlara yol verməsi qadağan edilib.

Xeyrənsə Piriyeva


Chosen
40
1
news24.az

2Sources