EN

Kıvanç Tatlıtuğ ekranlara möhtəşəm dönüş edir - FOTO

Kıvanç

"Kuzey Güney", "Cesur ve Güzel", "Çarpışma", "Aile" və xüsusilə "Aşk-ı Memnu" serialındakı Behlül obrazı ilə yaddaşlarda qalan məşhur aktyor Kıvanç Tatlıtuğ yeni bir layihə ilə televiziya ekranlarına qayıdır. Uğurlu aktyor, Adam Fawer-in çox satan "Olasılıksız" (Azərbaycanca: "Ehtimalsız") romanının serial adaptasiyasında baş rolu canlandıracaq.KıvançKıvanç, elmi fantastika və gerilim janrında oxucuların böyük marağına səbəb olan Adam Fawer-in kult əsəri "Olasılıksız"ın serial versiyasında yer alacaq. Bu adaptasiyanın Türk televiziya sektoruna fərqli bir ab-hava gətirəcəyi gözlənilir. Layihənin tamaşaçılara yenilikçi və fərqli bir hekayə təqdim edəcəyi vurğulanır.Layihənin prodüseri OGM Pictures olacaqSerialın prodüserliyi son illər bir çox uğurlu layihəyə imza atan OGM Pictures-ə həvalə olunub. Layihə şirkətin sosial media hesablarında rəsmi olaraq elan edilib və ekranlara yeni mövsümdə gələcəyi bildirilib.Ssenari Necati Şahin tərəfindən yazılırAdaptasiyanın ssenarisi tanınmış ssenarist Necati Şahin tərəfindən qələmə alınır. Hələlik serialın çəkiliş cədvəli və tam heyəti açıqlanmayıb. Lakin layihəyə dair əlavə detalların yaxın günlərdə ictimaiyyətə təqdim olunacağı gözlənilir.Ulusum.az

Diqqət Çəkənlər

Bu dünyada dəyişməyən iki şey var: vergi və ölüm

Ermənistanda enerji savaşı alovlandı: Milyarderin ailəsinə basqın, şirkətə hücum

Kremldə ölüm sükutu: Starovoyt faciəsi şübhələri artırdı

Chosen
56
ulusum.az

1Sources