Məşhur aktyor və aktrisalarin meneceri Ayşe Barım 2013-cü il Gezi Parkı qiyamında ittiham olunur.
BiG.AZ xəbər verir ki, İstanbul 26-cı Ağır Cinayətlər Məhkəməsi onun səhhət durumuna baxmayaraq həbsin davamını qərara alıb. Çoxsaylı sağlamlıq problemləri — beyin anevrizması, ürək ritm pozğunluğu və öd qapağı xəstəlikləri — səbəbindən sərbəst buraxılması üçün vəkilləri dəfələrlə müraciət etsə də, təmin edilməyib.
Növbəti məhkəmə 1 Oktyabr 2025-də keçiriləcək.