EN

"Hədəfimiz avrokuboklara vəsiqə qazanmaqdı" - "Sumqayıt"ın yeni baş məşqçisi

Bu gün Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionda "Sumqayıt"ın yeni baş məşqçisi Saşa İliçin mətbuat konfransı keçirilib.

"Football-plus.az" xəbər verir ki, serb mütəxəssis burda media nümayəndələrinin suallarını cavablayıb.

-Sizə "Sumqayıt"dan nə vaxt təklif gəldi? Azərbaycana gələnə qədər futbolumuz haqda nə bilirdiz?
- Belqradda "Sumqayıt"ın prezidenti ilə görüşdük. O, mənə böyük layihə olduğunu bildirdi. Burda çıxış edənlərdən, xüsusilə, "Qarabağ"dakı serb və monteneqrolu futbolçulardan Azərbaycan futbolu məlumat almışam. "Sumqayıt"ın stadionu və bazasıyla tanış oldum. Məni qane etdi. Növbəti mövsümdə daha yaxşı nəticələr üçün mübarizə aparacağıq.

- Böyük layihə olduğunu dediz, amma müqavilənin müddəti birillikdi...
- Futbolda hər şey dəyişir. Bu hələ başlanğıcdı. Əsas komandanı qurmalı, oyun üslubunu formalaşdırmalıyıq. Vaxt var. Hazırlıq davam edəcək.

- Komandanın əsas hədəfi nədi?
- "Sumqayıt"ın ötənmövsümkü çıxışı qənaətbəxş olmayıb. Hədəfimiz avrokuboklara vəsiqə qazanmaqdı. Hər şey futbolçulardan asılıdı. Heyət keyfiyyətli olmalıdı.

- Sizi daha çox "Qalatasaray"dan tanıyırıq.Bu üzdən, ölkəmizdə sizə maraq ola bilər. Bu maraq işinizə hansı yöndə təsir edə bilər?
- Futbolçu ilə məşqçi arasında böyük fərq var. İnsanlar məni futbolçu kimi tanıyırsa, daha yaxşıdı. 5 ildi ki, məşqçiyəm. Məncə, əvvəllər futbolçu olmağım mənə ancaq xeyir verə bilər.

- Komanda ilə tanışsız. Mövsümün başlamasına az qalıb. Bu məqam sizi transferlərlə bağlı məsələlərdə tələsdirməyəcək?
- Hər məşqçi kimi istəyərdim ki, komanda tam hazır olsun. Amma vəziyyəti bilirsiz. Heyətdə 16-17 oyunçu var. Klub prezidenti ilə əl-ələ verib, heyəti komplektləşdirəcəyik.

- Futbol agenti Camal Akayev Rusiya mətbuatına açıqlamasında "Sumqayıt"ın ilk təklifini qəbul etmdiyinizi, sonradan fikrinizi dəyişdiyinizi deyib.
- Doğru məlumat deyil.

- Futbol fəlsəfəniz nədən ibarətdi?
- Düzü, bu, komandadan asılıdı. ÇSKA-da işləyəndə daha çox hücum edirdik. Burda isə heyət hələ komplektləşdirilməyib.

- Əvvəlki klublarda maksimum bir mövsüm çalışmısız. Bunun səbəbi nədi? "Nijni Novqorod"dan ayrılmağınızın səbəbi Rusiya klublarının avrokuboklara yollana bilməməsidi?
- Məqsədim o komandanı premyer-liqada saxlamaq idi. Bunu bacardım. Hər halda, ayrılığın səbəbi komandayla bağlıdı, mənimlə yox. "Atromitos"a təyin ediləndə kollektivin cəmi üç xalı var idi. Klubu buna rəğmən, pley-off mərhələsinə daşıdım. ÇSKA-da isə liderə yaxın idik - ikinci pillədə.

- "Nijni Novqorod"da bəyəndiyiniz oyunçuları "Sumqayıt"a gətirəcəksiz?
- Bu barədə dəqiq nəsə deyə bilmərəm. O komandada xeyli futbolçunu bəyənirəm.

- "Sumqayıt"ın baş məşqçisi postuyla başqa mütəxəssislərində adı hallandı. Sizcə, Riad Rəfiyev niyə məhz sizə üstünlük verdi?
- Bunu özündən soruşarsız (gülür).

KƏNAN BAHADIR

Chosen
55
football-plus.az

1Sources