Yazını böyüt
Yazını kiçilt
Mingəçevirdə 34 yaşlı usta hündürlükdən yıxılaraq ölüb.
Hafta.az xəbər verir ki, icra hakimiyyəti binasının damında təmir işləri aparan 1991-ci il təvəllüdlü Şükürov Emil Zakir oğlu ehtiyatsızlıqdan yıxılıb.
Nəticədə o, hadisə yerində həyatını itirib.
Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma başlanıb.