AZ

Usta İcra Hakimiyyəti binasının damından yıxılıb öldü - Yenilənib

Mingəçevirdə 34 yaşlı usta hündürlükdən yıxılaraq ölüb. 

Hurriyyet.az xəbər verir ki, Mingəçevir Rayon İcra Hakimiyyətinin binasının damında təmir işləri aparan 1991-ci il təvəllüdlü Emil Zakir oğlu Şükürov ehtiyatsızlıqdan yıxılıb.

Nəticədə o, hadisə yerində həyatını itirib.

Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma başlanıb.

Hadisənin hansı şəraitdə baş verdiyi araşdırılır.

***

Mingəçevir Rayon İcra Hakimiyyətindən də hadisə ilə bağlı məlumatı təsdiqləyiblər:

“Gənc oğlan idi, dostları da yanında idi. Binanın damından ehtiyatsızlıqdan yıxılaraq vəfat edib. Çox təəssüf edirik ki, belə bir hadisə baş verib”.  

Qafqazinfo.az

Seçilən
27
9
hurriyyet.az

10Mənbələr