EN

“Mançester Yunayted” Ceymi Vardini transfer edə bilər

“Lester”in sabiq hücumçusu Ceymi Vardi karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər.

90deqiqe.Az-ın “The Athletic”ə istinadən yaydığı xəbərə görə, 38 yaşlı forvardla “Mançester Yunayted” maraqlanır.

Klub, Rasmus Heylunna mümkün əvəzedici axtarır və təcrübəli Vardini uyğun namizədlərdən biri kimi dəyərləndirir.

Qeyd edək ki, danimarkalı forvard yay transfer dövründə “qırmızı şeytanlar”ı tərk edə bilər.

Ceymi Vardi 2012-ci ildən 2024-cü ilə qədər “Lester”in şərəfini qoruyub. Premyer Liqada keçirdiyi 342 oyunda 145 qol vurub, 50 məhsuldar ötürmə ilə yadda qalıb. Hazırda azad agent statusunda olan futbolçu yeni klubla müqavilə bağlamağa yaxındır.

Chosen
53
90deqiqe.az

1Sources