EN

PKK-ya silahlarını təhvil verməsi üçün konkret tarix verildi

Türkiyədə terror təşkilatı sayılan və qadağan edilən PKK-nın ilk döyüşçü qrupu 11 iyulda İraqın şimalında silahlarını təhvil verməyə başlayacaq.

Milli.Az xəbər verir ki, PKK-nın silahsızlaşdırılması ilə bağlı müzakirələr iyulun 8-də Bağdadda Türkiyə Milli Kəşfiyyat Təşkilatının rəhbəri İbrahim Kalın və İraq hakimiyyəti nümayəndələri arasında keçiriləcək. Kalın həmçinin Ankara, Bağdad və Ərbil arasında prosesin koordinasiyasını təmin edəcək.

İbrahim Kalının səfəri Prezident Ərdoğanın kürdyönlü DEM Partiyası ilə PKK-nın silahsızlaşdırılması mövzusunda keçirdiyi görüşdən sonra baş tutacaq. Səfərdən sonra Kalın parlament sədrinə hesabat verəcək və bu, PKK-nın silahsızlaşdırılması üzrə parlament komissiyasının yaradılmasına hazırlıq olacaq.

Qeyd edək ki, ilk mərhələdə 20-30 PKK döyüşçüsü silahlarını təhvil verəcək, bundan əvvəl isə PKK lideri Abdullah Öcalanın tərəfdarlarına müraciəti gözlənilir. Fevralda Öcalan tərəfdarlarını silahı yerə qoymağa və siyasi mübarizəyə qoşulmağa çağırıb, terror təşkilatının ləğv edilməsini tələb edib.

Asya
Milli.Az 

Chosen
22
42
milli.az

10Sources