EN

İliç rəhbərliyi altında oynamış həmyerlisini "Sumqayıt"a gətirə bilər

"Sumqayıt"ın yeni baş məşqçisi Saşa İliç həmyerlilərini Azərbaycan təmsilçisinə gətirmək niyyətindədir.

Fanat.Az-ın əldə etdiyi məlumata görə, serbiyalı mütəxəssis hazırda bu yöndə rəhbərliklə müzakirələr aparır.

O, Sumqayıt klubunun idarəçilərinə 2024-cü ilin yayında sabiq komandasına - Rusiyanın Premyer Liqa təmsilçilərindən olan "Pari NN"ə dəvət etdiyi hücumçu Oqnen Ojeqoviçin "kimyaçılar"a böyük faydası dəyəcəyinə əmin olduğunu çatdırıb.  

Ojeqoviçə gəlincə, "Pari NN"də 19 matça çıxaraq 2 qol və 1 ötürmə ilə yadda qalan forvard bu ilin yanvarında "Sakaryaspor"a (Türkiyə) icarəyə verilib. 1-ci Liqa komandasında 10 oyuna 6 qola imza atan 31 yaşlı ön xətt oyunçusu son 3 ayın maaşını ala bilmədiyi üçün "Sakaryaspor"dan FİFA-ya şikayət edib. O hazırda müqavilə ilə "Pari NN"ə məxsus olduğu üçün Azərbaycan təmsilçisinə icarəyə verilmək ehtimalı daha yüksəkdir.

Nihat 

Chosen
46
fanat.az

1Sources