EN

Rusiyalı nazir Azərbaycana təşəkkür etdi

Ajans.az xəbər verir ki, bu barədə TASS Rusiya Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat xidmətinə istinadən məlumat yayıb. Qeyd olunub ki, A. Kurenkov son İran-İsrail münaqişəsi zamanı İrandan Rusiya vətəndaşlarının təxliyəsinin təşkilinə görə Azərbaycana minnətdarlığını bildirib.

Xatırladaq ki, iyunun 15-də Astara sərhəd buraxılış məntəqəsindən 238 rusiyalı buraxılıb. Onların arasında diplomatlar və mədəniyyət xadimlərinin ailələri də olub.

Chosen
33
8
Ajans.az

10Sources