ain.az, Oxu.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
"Real Madrid"in baş məşqçisi Xabi Alonso gənc futbolçusu Felipe Endriki başqa mövqedə yoxlamağı planlaşdırır.
Oxu.Az xəbər verir ki, bu barədə ispaniyalı jurnalist Xorxe Pikon məlumat yayıb.
Belə ki, ispaniyalı mütəxəssis 18 yaşlı hücumçunu təkcə mərkəzdə yox, sağ vinger mövqeyində də oynatmaq istəyir.
Endrik sabiq klubu "Palmeyras"da vinger kimi çıxış edib.
Qeyd edək ki, braziliyalı futbolçu ötən ilin yayında "Real Madrid"ə qoşulub. O, başa çatan mövsüm 37 oyunda 7 qol vurmağı bacarıb.
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.