EN

Ceyden Ostervolde “Fənərbağça” ilə yeni müqaviləyə imza atdı

“Fənərbağça”nın Niderlanddan olan sol cinah müdafiəçisi Ceyden Ostervolde Türkiyə klubu ilə yeni müqaviləyə imza atıb.

Arena.az xəbər verir ki, bu barədə İstanbul təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

24 yaşlı futbolçunun yeni sözləşməsi 2028-ci ilin 30 iyununa qədər nəzərdə tutulub. Tərəflər arasındakı əvvəlki müqavilənin müddəti 2027-ci ilin yayında bitəcəkdi.

“Fənərbağça”nın yaydığı digər məlumata görə, klubun akademiyasında yetişmiş Yiğit Efe Demir və Osman Ertuğrul Çetinlə də yeni müqavilə imzalanıb. Bu iki futbolçunun müqavilə müddətləri 2029-cu ilin yayınadək artırılıb. Osma Ertuğrul Çetin “Erokspor”a icarəyə verilib.

Xatırladaq ki, Ceyden Ostervolde Niderlandın “Tvente” klubunun yetirməsidir. 22 yaşlı müdafiəçi 2022-ci ilin yayında “Parma”ya transfer olunub. “Fənərbaxça” da onu 2023-cü ilin yanvarında 6 milyon avro müqabilində məhz “Parma”dan transfer edib. Müdafiəçinin Türkiyə klubu ilə 2028-ci ilin 30 iyununa kimi müqaviləsi var.

Ostervolde ötən mövsüm meydana çıxdığı 14 oyunda fərqlənə bilməyib. O, “Fənərbaxça”da bütövlükdə 62 oyun keçirib və 2 qolla yadda qalıb.

“Transfermarkt” internet-portalı 24 yaşlı müdafiəçinin transfer dəyərini 13 milyon avro məbləğində qiymətləndirir.

Chosen
35
arena.az

1Sources