EN

“Səbail”dən ayrılan futbolçu yenidən Premyer Liqada oynayacaq

Bakı, 8 iyul, AZƏRTAC

Növbəti mövsümdə Azərbaycan Premyer Liqasında mübarizə aparacaq “Karvan” heyətinə yeni futbolçu cəlb edib.

Klubdan AZƏRTAC-a verilən məlumata görə, Yevlax təmsilçisi müdafiəçi mövqeyində çıxış edən Süleyman Əhmədovla 1 illik müqavilə imzalayıb.

Qeyd edək ki, 25 yaşlı futbolçu son olaraq, ötən mövsümün sonunda I Liqaya düşən “Səbail” klubunda oynayıb.

Chosen
34
1
azertag.az

2Sources