EN

Ermənistan parlamentində kütləvi dava | VİDEO

AzVision.az xəbər verir ki, müxalif “Ermənistan” fraksiyasının deputatı Kristina Vardanyanın canlı yayım zamanı dediyinə görə, parlamentdə dava Artur Sarkisyanınçıxışından sonra baş verib.

Çıxışından sonra İclas zalını tərk etmək qərarına gələn Sarkisyan hakim “Vətəndaşmüqaviləsi” fraksiyasında olan deputat Vahe Qalumyanın hücumuna məruz qalıb.

“Artur Sarkisyan bu gün deputat toxunulmazlığından məhrum ediləcəyi üçün çıxışından sonra bir neçə saat ailəsi ilə birlikdə olmaq üçün iclas zalını tərk etmək qərarına gəldi. Lakin Vahe Qalumyan onun dalınca qaçaraq arxadan ona hücum çəkdi. Hücumda hakim partiyanın deputatlarının köməkçiləri də iştirak ediblər”,- Kristina Vardanyan deyib.



Bundan sonar Parlamentin sədrinin müavini Ruben Rubinyan fasilə elan edib.

Ermənistan parlamentində qalmaqal
Xatırladaq ki, Ermənistan parlamentinin dünənki növbədənkənar iclasında parlamentin vitse-spikeri Ruben Rubinyanla Artur Sarkisyan arasında da söz davası olub.

Bu gün Ermənistan parlamentinin davam edən növbədənkənar sessiyasında isəölkənin baş prokuroru Anna Vardapetyan “Ermənistan” müxalifət blokundan olan deputat Artur Sarkisyana qarşı ictimai cinayət təqibinin başlanmasına razılıq verilməsi barədə vəsatət qaldırıb.

Bütün ittihamları rədd edən müxalifət bu hərəkətləri siyasi təqib və təzyiq kimi səciyyələndirir. Onun iddiasına görə, baş prokuror Anna Vardapetyan hazırkı hakimiyyətin maraqlarına xidmət edir.



Sahil İsgəndərov
AzVision.az
Chosen
49
azvision.az

1Sources