Cəbrayıl Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən Biləsuvar rayonunda narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı növbəti əməliyyat tədbiri keçirilib.
Tədbir zamanı şübhəli bilinən Vüqar Quluzadə saxlanılıb. Onun idarəsində olan nəqliyyat vasitəsindən *2 kiloqramdan artıq marixuana* və *tiryək* aşkar edilərək götürülüb.
Faktla bağlı cinayət işi başlanılıb, V.Quluzadə barəsində həbs qətimkan tədbiri seçilib. Araşdırmalar davam etdirilir.