AZ

Cəbrayılda növbəti əməliyyat tədbiri: marixuana və tiryək aşkarlandı VİDEO

Bakı, 8 iyul, AZƏRTAC

Cəbrayıl Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən Biləsuvar rayonunda narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı növbəti əməliyyat tədbiri keçirilib.

Daxili İşlər Nazirliyindən AZƏRTAC-a bildirilib ki, tədbir zamanı şübhəli bilinən Vüqar Quluzadə saxlanılıb. Onun idarəsində olan nəqliyyat vasitəsindən 2 kiloqramdan artıq marixuana və tiryək aşkar edilərək götürülüb.

Faktla bağlı cinayət işi başlanılıb, V.Quluzadə barəsində həbs qətimkan tədbiri seçilib.

Araşdırmalar davam etdirilir.

 

Seçilən
53
10
azertag.az

10Mənbələr