EN

Bu ölkədə Ronaldonun möhtəşəm sərgisi açıldı: Özü də gələcək

Honqkonqda portuqaliyalı ulduz futbolçu Kriştiano Ronaldoya həsr olunmuş sərgi açılıb.

Publika.az xəbər verir ki, açılış günü onlarla insan saatlarla növbədə dayanaraq Ronaldonun həyat və karyerasına həsr olunmuş sərgini görmək istəyib.

Təxminən 1 100 kvadrat metrlik sahədə yerləşən ekspozisiyada futbolçunun həyatını əks etdirən 40-a yaxın eksponat yer alıb. Bunlara Ronaldonun geyindiyi formalar, ayaqqabılar və onlarla kubok daxildir. Ən diqqətçəkən eksponatlar arasında 2008-ci ildə qazandığı "Qızıl buts" və "Qızıl top" da var.

Muzeydə, həmçinin Ronaldonun Lissabonda karyerasının ilk illərində yaşadığı yataq otağının surəti və şəxsi media kontenti yaratdığı studiyasının bənzəri də sərgilənir. Lakin bu studiyaya yalnız VIP bileti olanlar daxil ola bilər.

Təşkilatçılar bildiriblər ki, Kriştiano Ronaldo yaxın vaxtlarda Honqkonqa gələcək və muzeyi şəxsən ziyarət edəcək. Lakin onun səfərinin dəqiq tarixi açıqlanmayıb.

Sərgi gələn ilin iyun ayına qədər davam edəcək.

Heybət

Chosen
65
publika.az

1Sources