Xəbər verdiyimiz kimi, ötən gün Rusiyanın keçmiş nəqliyyat naziri Roman Starovoyt şəxsi avtomobilində intihar edib. Hadisənin motivləri hələ ki, açıqlanmayıb. İlkin ehtimallara görə, eks-nazir dələduzluq və mənimsəmə maddələri ilə məsuliyyətə cəlb oluna bilərdi.
News24.az "Unikal"-a istinadən xəbər verir ki,  keçmiş nəqliyyat naziri və Kursk vilayətinin qubernatoru olmuş Roman Starovoytun sərvətinin bir qismi açıqlanıb. KİV-də yer alan məlumata görə, onun daşınmaz əmlakının dəyəri bir milyard rubla yaxındır.
Sözügedən əmlakları diqqətinizə çatdırırıq:
- Kursk şəhərinin Vyaçeslav Klıkov prospektində 50 kvadratmetrlik mənzil;
- Sankt-Peterburqda Admiralteyskaya sahilində 50 kvadratmetr mənzil;
- Sankt-Peterburqda Malo-Oxtinski prospektində 165 kvadratmetr mənzil;
- Moskvanın Klimaşkina küçəsində 345 kvadratmetr mənzil;
- Moskvada Şmitovski proyezdində elit yaşayış kompleksində 140 kvadratmetr mənzil;
- 260 milyon rubla Myakinino rayonunda üç mərtəbəli evi olan 18 sot torpaq sahəsi;
- Tesla Model X P100D.
Qeyd edÉ™k ki, Starovoyt 2021-ci ildÉ™ hÉ™yat yoldaşından boÅŸanıb, iki övladı var. Onun övladlarının adına heç bir rÉ™smi É™mlak yoxdur. MÉ™mur bir ildir ki, tibb universitetinin mÉ™zunu Polina ilÉ™ münasibÉ™tdÉ™ imiÅŸ. Â




