EN

PKK iyulun 11-dən SİLAHI TƏHVİL VERMƏYƏ BAŞLAYACAQ

Yazını böyüt
Yazını kiçilt

MHP sədri Dövlət Baxçalının ötən ilin oktyabrında etdiyi çağırışla başlayan və Abdullah Öcalan danışıqları ilə davam edən prosesdə kritik həftə başladı. Prezident Rəcəb Tayyib Ərdoğan və DEM Partiyası arasında iyulun 7-də baş tutan görüşdən sonra PKK bu həftə silahları təhvil verməyə başlayacaq.

Hafta.az-ın yazdığına görə, PKK-nın müəyyən müddət ərzində İraqın müxtəlif nöqtələrində qruplar halında tərksilah ediləcəyi bildirilib. Silahların qeydə alınacağı, tərksilah edənlərin isə İraqda qalmağa davam edəcəyi bildirilib.

İyulun 11-i cümə günü Süleymaniyyədə 30-50 nəfərlik qrupun tərksilah ediləcəyi və silahların yandırılacağı bildirilir. Bu şəkildə tərksilah prosesinin başlandığı elan ediləcək.

Siyasi partiyalar, KESK, DİSK, TÜRKİŞ, HAK İŞ, iş təşkilatları, Vəkillər Kollegiyası, bir çox QHT və jurnalistlər də DEM Partiyası tərəfindən prosesi izləməyə dəvət edilib. DEM Partiyasının dəvət etdiyi partiyalar arasında CHP də var.

CHP sədri Özgür Özəl, "O prosesdə böyük ehtimalla iştitak etməyəcəyik. Amma bu, prosesi dəstəkləməyəcəyimiz anlamına gəlmir" deyib.

Bu arada, prezident Rəcəb Tayyib Ərdoğan və DEM Partiyasının İmralı nümayəndə heyəti iyulun 7-də görüşüb. Ərdoğanın yanında AKP sədr müavini Efkan Ala və MİT sədri İbrahim Kalın da olub.

Görüşlə bağlı DEM Partiyası mətbuat idarəsindən yazılı açıqlama verilib. Açıqlamada, "DEM Partiyası İmralı nümayəndə heyətinin üzvləri Pərvin Buldan və Mithat Sancar bu gün Beştəpədə prezident Rəcəb Tayyib Ərdoğanla görüşüblər. Heyətimiz prosesin gəldiyi yeni mərhələ və bundan sonra görüləcək işlər barədə fikir və təkliflərini çatdırıb. Görüşdə prosesin irəliləməsi üçün qarşılıqlı iradənin davam etdiyi vurğulanıb" deyilir.

Yığıncaqdan əvvəl açıqlama verən DEM Partiyası Van millət vəkili Pərvin Buldan, "Bizim üçün tarixi görüşdür. Proses yeni mərhələyə qədəm qoyur. Biz də nümayəndə heyəti olaraq bu məsələləri müzakirə edəcəyik. Bunda çox böyük bir məna görürük" deyib.

Chosen
40
42
hafta.az

10Sources