EN

ABŞ Yaponiya və Cənubi Koreyadan gələn mallara gömrük rüsumları tətbiq edəcək

ABŞ prezidenti Donald Tramp sosial şəbəkə hesabında avqustun 1-dən ABŞ-ın Yaponiya və Cənubi Koreyadan Amerika bazarına idxal etdiyi bütün mallara vahid 25%-lik gömrük rüsumunun tətbiq edəcəyini açıqlayıb.

Editor.az bu barədə xarici mediaya istinadla yazıb.

“Biz bu ölkələrin gömrük və qeyri-gömrük maneələrinin yaratdığı ticarət kəsirlərinə son verməliyik. Buna görə də daxil olan bütün mallara 25% rüsum tətbiq edirik”, – o yazıb.

Ağ Ev prezidenti bildirib ki, Yaponiya və Cənubi Koreyadan qisas alınarsa, ABŞ tarifləri daha da artırmaq hüququnu özündə saxlayacaq.

Qeyd edək ki, aprel ayında Tramp 185 ölkəyə yeni idxal tarifləri sistemi tətbiq edib. Baza dərəcəsi bütün idxal olunan mallar üçün 10%, bəzi ölkələr üçün əhəmiyyətli dərəcədə yüksək idi – Çin üçün 34%, Vyetnam üçün 46% və Avropa İttifaqı üçün 20%. Bunun müqabilində Çin Amerika mallarına 34% rüsum tətbiq etdi. Dünya liderləri Trampın qərarını pisləyib və cavab tədbirləri ilə hədələyiblər.

//Gülnarə Abasova, Editor.az

Chosen
67
15
editor.az

10Sources