Qazaxıstan ABŞ Prezidenti Donald Trampın tətbiq etdiyi 25 faizlik gömrük rüsumlarına qarşı cavab tədbirləri görəcəyini bəyan edib.
Teleqraf xəbər verir ki, bu barədə ölkənin Ticarət və İnteqrasiya Nazirliyi məlumat yayılıb.
Nazirlik bildirib ki, tətbiq olunan rüsumlar Qazaxıstanın iqtisadi maraqlarına zərər vurur və bu addım qarşılıqlı ticarət münasibətlərində balanssızlıq yaradır.
Qeyd edək ki, ABŞ avqustun 1-dən Qazaxıstandan idxala 25 % gömrük rüsumu tətbiq etmək qərarına gəlib.