Ermənistan İstintaq Komitəsi Narek Karapetyanın evində axtarış aparıldığını təsdiqləyib.
Xezerxeber.az Ermənistan mediasına istinadən xəbər verir ki, İstintaq Komitəsindən bildirilib ki, başladılan cinayət işi çərçivəsində təxirəsalınmaz istintaq hərəkətləri həyata keçirilir.
10:08
Ermənistanda yaşanan siyasi gərginlik fonunda hüquq-mühafizə orqanları rusiyalı biznesmen Samvel Karapetyanın qardaşı oğlu Narek Karapetyanın idarə heyətinin sədri olduğu Ermənistanın Milli Elektrik Şəbəkəsinin (ENA) mərkəzi ofisinə daxil olublar.
Xezerxeber.az bu barədə Ermənistan KİV-ə istinadən xəbər verir.
Binanın giriş-çıxışlarını nəzarətə götürən əməliyyatçılar şirkət əməkdaşlarını içəri buraxmır.
Bundan əvvəl hüquq-mühafizə orqanları əməkdaşları, eyni zamanda, ENA-nın idarə heyətinin sədri Narek Karapetyanın evində axtarış aparıb.
Xatırladaq ki, rusiyalı milyarder, erməni əsilli və "Taşir" şirkətlər qrupunun prezidenti Samvel Karapetyan iyunun 18-də gecə saatlarında İrəvanda saxlanılıb. Bundan əvvəl o, Ermənistan hakimiyyətinin tənqidlərinə qarşı Ermənistan Apostol Kilsəsini dəstəklədiyini ifadə edib ki, bu da ölkə baş nazirinin narazılığına səbəb olub.
Bir müddət əvvəl Məhkəmə Samvel Karapetyanın barəsində iki ay müddətinə həbs-qətimkan tədbiri seçib.