EN

Kilosu 25 manata olan moruq, böyürtkən...

2025-ci ilin yanvar-aprel aylarında Azərbaycana müxtəlif növ giləmeyvələr – moruq, böyürtkən, tut və loqanov idxal olunub.

Valyuta.az xəbər verir ki, ümumilikdə 1,07 ton bu meyvələrdən gətirilib və onların ümumi dəyəri 17,2 min ABŞ dolları təşkil edib.

Məhsullar əsasən Cənubi Afrika Respublikası, Meksika, Mərakeş, Belçika və Niderlanddan alınıb.

Ölkələr üzrə göstəricilər:

Cənubi Afrika Respublikasından 0,12 ton giləmeyvə gətirilib. Bu partiyanın dəyəri 2,74 min ABŞ dolları olub. 1 kiloqramın qiyməti isə təxminən 0,22 dollar və ya 38 qəpik təşkil edib.

Meksikadan idxal olunan giləmeyvənin çəkisi 0,03 ton, dəyəri isə 460 dollar (0,46 min) olub. 1 kiloqram üçün ödənilən məbləğ 15,3 dollar və ya 26 manat olub.

Mərakeşdən nə qədər məhsul gətirildiyi açıqlanmasa da, bu idxala 40 dollar (0,04 min) xərc çəkilib.

Belçikadan 0,61 ton giləmeyvə alınıb, ümumi dəyəri 9,11 min ABŞ dolları olub. Bu partiyanın 1 kiloqramı 14,93 dollar və ya 25,38 manata başa gəlib.

Niderlanddan gətirilən 0,32 ton məhsula görə isə 4,84 min dollar ödənilib. 1 kiloqram üçün qiymət 15 dollar – yəni 25 manat 50 qəpik olub.

Sərvanə Rəmixanova

Chosen
57
valyuta.az

1Sources