EN

Qəbələdə gəzməli yerlər - SİYAHI

Azərbaycanın turizm xəritəsində seçilən bölgələrdən biri də Qəbələdir. Təbii gözəllikləri, tarixi irsi və müasir istirahət mərkəzləri ilə bu bölgə hər il minlərlə yerli və xarici turisti qəbul edir. Dağlar, meşələr, çaylar və müxtəlif əyləncə obyektləri ilə zəngin olan Qəbələ, ölkənin ən dinamik inkişaf edən turizm mərkəzlərindən birinə çevrilib.

Valyuta.az Qəbələ deyiləndə ilk ağla gələn məkanları təqdim edir. 

Tufandağ Dağ – Xizək Kompleksi 

İlin 4 fəslində turist cəlb edən əsl turistlik məkanlardan biri olaraq öndə gəlir. Burada qış aylarında xizək sürərək soyuğun dadını çıxarmaq, yay aylarında isə şəhərdən uzaqlaşaraq, kabel yolu dağa qalxmaq, təmiz dağ havasını qəbul etmək olar. Qeyd edək ki, turistlik məkan olaraq bu kompleksdə yüksək səviyyəli otellər, restoran və kafelər, eyni zamanda əyləncə mərkəzləri fəaliyyət göstərir.

Yeddi gözəl şəlaləsi

Təbiət vurğunu olanlar üçün Qəbələdə yerləşən Yeddi gözəl şəlaləsi əsl təbiət möcüzələrindən biridir. Bu şəlaləyə çatmaq üçün dağa qalxmaq tələb olunur. Hündürlüyə qalxdıqca təbiət mənzərələri ilə qarşılaşmaq mümkündür. Onu da qeyd edək ki, şəlalənin belə adlandırılmasına səbəb şəlalənin 7 pillələdən ibarət olmasıdır. 

Nohur gölü

Şəhərin səsindən uzaqlaşıb Qəbələyə üz tuutanların gedə biləcəyi məkanlardan biri də Nohur gölüdür. Burada kiçik qayıqlarla və katamaranlarla gəzərək təbiətin gözəlliyindən zövq almaq olar. Qeyd edək ki, göldə üzməyə icaze verilmir. Gölün şimal sahilində Qəbələ Chenot oteli yerləşir. Qəbələ ərazisində olan otellərin əksəriyyətində Nohur gölə turlar təşkil olunur. Gölə gedən yollar bir qədər çətin olduğuna görə, buraya minik maşınları getmək olar.

Essenso lavanda sahəsi

İyun-iyul aylarında Qəbələnin bu hissəsi bənövşəyi rəngə boyanır. Bu vaxt ərzində minlərlə lavanda çiçəkləri açılır. 30 hektarlıq lavanda tarlaları qədim Qəbələnin bir sıra tarixi abidələrinin yerləşdiyi Çuxur-Qəbələ kəndinin mənzərəli ərazisində yerləşir. Səyahət zamanı şəkil çəkməyi sevənlər üçün ideak bir məkandır. 

Nic kəndi və Udi ocağı

Qəbələ yalnız təbiət və istirahət baxımından deyil, həm də tarixi və mədəni irsi ilə fərqlənən bölgələrimizdəndir. Bu bölgədə yerləşən Nic kəndi qədim albanların davamçısı sayılan udi xalqının əsas yaşayış məntəqəsidir. Kənddə yerləşən qədim alban kilsələri və Udi məbədləri bu xalqın zəngin keçmişindən xəbər verir. Ziyarətçilər burada həm udi mətbəxinin dadına baxa, həm də yerli sakinlərlə ünsiyyət quraraq onların tarixini öyrənə bilərlər. Nicdə fəaliyyət göstərən “Azərbaycan Udi Ocağı” isə mədəni təqdimatları, ustad dərsləri və ekskursiyaları ilə xüsusi maraq doğurur. Burada hər detal, hər təmas Qəbələnin mədəni ruhunu yaşadır.

Sərvanə Rəmixanova

Chosen
61
valyuta.az

1Sources