Avropa İttifaqı (Aİ) 2022-ci ildən bəri Rusiyaya qarşı ən sərt sanksiyaları tətbiq etməyə hazırlaşır.
Bakues.az-ın məlumatına görə, bunu Fransanın xarici işlər naziri Jan-Noel Barro LCI telekanalının efirində deyib.
“Aİ ABŞ senatorları ilə səylərini əlaqələndirərək, Fransa təklifləri əsasında son üç ilin ən sərt sanksiyalarını tətbiq etməyə hazırlaşır”, – nazir bildirib.
Onun sözlərinə görə, sanksiyalar Rusiyanın neft gəlirlərinə, bu ölkənin maliyyə oyunçularına və Rusiyaya məhdudlaşdırıcı tədbirlərdən yan keçməyə kömək edən digər ölkələrdəki vasitəçilərə təsir edəcək.
Barro qeyd edib ki, sanksiyalar Rusiyanın Ukraynaya qarşı hərbi əməliyyatlarını davam etdirməsinə mane olmalıdır.