AZ

Aİ Rusiyaya qarşı son üç ilin ən sərt sanksiyalarını tətbiq edəcək

Avropa İttifaqı 2022-ci ildən bəri Rusiyaya qarşı ən sərt sanksiyaları tətbiq etməyə hazırlaşır.

Bakues.az-ın məlumatına görə, bu barədə Fransanın xarici işlər naziri Jan-Noel Barro deyib.

“Aİ ABŞ senatorları ilə koordinasiyada Fransanın təklifləri əsasında son üç ilin ən sərt sanksiyalarını tətbiq etməyə hazırlaşır”, – deyə o bildirib.

Onun sözlərinə görə, “sanksiyalar Rusiyanın neft gəlirlərinə, Rusiyanın maliyyə oyunçularına və Rusiyaya məhdudlaşdırıcı tədbirlərdən yan keçməyə kömək edən digər ölkələrdəki vasitəçilərə şamil olunacaq”.

Seçilən
20
6
icma.az

10Mənbələr