EN

Aİ Rusiyaya qarşı son üç ilin ən sərt sanksiyalarını tətbiq etməyə hazırlaşır

Avropa İttifaqı (Aİ) Rusiyaya qarşı 2022-ci ildən bəri ən sərt sanksiyaları tətbiq etməyə hazırlaşır. Bu barədə Fransanın xarici işlər naziri Jan-Noel Barro Fransanın LCI telekanalına müsahibəsində bildirib.

Nazirin sözlərinə görə, Aİ sanksiyaları ABŞ senatorları ilə koordinasiyalı şəkildə və Fransanın təşəbbüsü ilə hazırlayır. Yeni sanksiyalar paketi Rusiyanın neft gəlirlərini, maliyyə institutlarını və Moskvanın sanksiyalardan yayınmasına yardım edən üçüncü ölkələrdəki vasitəçiləri hədəfə alacaq.

Qeyd edək ki, bundan əvvəl Financial Times məlumat vermişdi ki, Rusiyaya qarşı tətbiq olunan Aİ sanksiyaları Lixteynşteyndə bir sıra trest fondlarının fəaliyyətini iflic edib. Bildirilir ki, həmin fondlar Rusiya vətəndaşları ilə əlaqəli olduqları ehtimalına görə sanksiya siyahısına salınıb.

//Samir Qurbanov, Editor.az

Chosen
25
5
editor.az

10Sources