EN

Bu şəxslərə məzuniyyət verilmir

ain.az, News24 portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

İstirahət etmək hər kəsin haqqıdır, amma qanunvericiliyə görə bəzi hallarda əmək məzuniyyəti almaq hüququ məhdud ola bilər. Bəs kimlərə məzuniyyət verilmir?

News24.az-ın məlumatına görə, Əmək Məcəlləsinə əsasən, işə yeni başlayanlar, yəni işə girdiyi gündən cəmi 1-2 ay keçənlər dərhal məzuniyyətə çıxa bilməzlər. Qanuna görə, əsas məzuniyyət hüququ yalnız 6 ay işlədikdən sonra yaranır. Yəni bu müddətdən əvvəl yalnız işəgötürənin razılığı ilə ödənişsiz məzuniyyət götürmək mümkündür.

Eyni zamanda istehsalat zərurəti yaranarsa, işəgötürən məzuniyyətin vaxtını dəyişmək hüququna malikdir. Əgər işçi qanuni məzuniyyətindən istifadə etməyibsə, ona əlavə pul kompensasiyası ödənilməlidir.

Qeyd edək ki, əmək müqaviləsiz çalışan şəxslərin isə ümumiyyətlə məzuniyyət hüququ olmur./metbuat

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
7
12
news24.az

10Sources