Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) prezidenti Rövşən Nəcə bu gün Pakistan Futbol Federasiyasının (PFF) prezidenti Sayed Mohsen Gilani ilə görüşüb.
Offsideplus.az xəbər verir ki, məlumatı AFFA-nın rəsmi saytı yayıb.
Görüş zamanı AFFA və PFF arasında qarşılıqlı əməkdaşlıqla bağlı fikir mübadiləsi aparılıb.
Tərəflər bu əməkdaşlığın gələcəkdə hər iki ölkədə futbolun inkişafına fayda verəcəyinə əminliklərini ifadə ediblər.
Görüşdə AFFA-nın icraçı-vitse prezidenti Sərxan Hacıyev və baş katibi Cahangir Fərəcullayev də iştirak ediblər.