EN

Litva Polşanın sərhəd nəzarətinə cavab tədbirləri görməyəcək

Litva Polşanın sərhəd nəzarətinin tətbiqinə cavab olaraq hər hansı tədbir görmək niyyətində deyil. Bu barədə Litva Baş naziri Gintautas Paluçkas məlumat verib.

NOCOMMENT.az xəbər verir ki, məlumatı TASS yayıb.

“Biz intiqam tədbirləri görməyəcəyik və Litvaya gələn polşalıları izləməyəcəyik. […] Bu tək tərəfli qərara mənfi baxırıq,” — deyə o bildirib.

3 iyul tarixində Polşa Baş Qərargah rəisi general Veslav Kukula Almaniya və Litva ilə sərhədlərin qorunmasını gücləndirmək üçün 5 min polşalı hərbçinin göndəriləcəyini açıqlayıb.

Baş qərargah rəisi bildirib ki, “qanunsuz miqrasiya dövlət təhlükəsizliyi üçün ciddi təhdiddir.” 

Chosen
13
3
nocomment.az

10Sources